Bakı. Trend:
Həyat yoldaşını baltalayaraq öldürməyə cəhd etməkdə təqsirləndirilən Lalə İmaşova barəsində olan hökmdən verdiyi kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Trend xəbər verir ki, Ali Məhkəmənin hakimi Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, təqsirləndirilən şəxsin cəzası 7 ildən 4 ilə endirilib.
Xatırladaq ki, hadisə 2023-cü ilin yanvar ayında Qaradağ rayonunda baş verib.
İttihama görə, Lalə İmaşova əri Ceyhun İmaşovla mübahisə edib. Daha sonra qadın baltanın kəsici hissəsi ilə ərinin baş nahiyəsinin arxa hissəsindən iki dəfə zərbə vurub. Nəticədə Ceyhun İmaşov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.