...

8 martda hava necə olacaq?

Cəmiyyət Materials 7 Mart 2025 12:21 (UTC +04:00)
8 martda hava necə olacaq?
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə +4 dərəcədən +8 dərəcəyədək, gündüz +13 dərəcədən +18 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə +3 dərəcədən +8 dərəcəyədək, gündüz +17 dərəcədən +22 dərəcəyədək, dağlarda gecə -2 dərəcədən +3 dərəcəyədək, gündüz +10 dərəcədən +15 dərəcəyədək olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti