...

Mina, partlamamış hərbi sursat və ya naməlum əşyalara toxunmayın - DİN-dən müraciət

Cəmiyyət Materials 9 Mart 2025 16:34 (UTC +04:00)
Mina, partlamamış hərbi sursat və ya naməlum əşyalara toxunmayın - DİN-dən müraciət

Bakı. Trend:

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib.

Trend-in məlumatına görə, müraciətdə vətəndaşlara maksimum ehtiyatlı davranmaq, mina, partlamamış hərbi sursat və ya naməlum əşyalara toxunmamaq tövsiyə edilir.

“Təhlükəli sahələrə daxil olmayın, atılıb qalmış sursatlara toxunmayın, həyatınızı minaya qurban verməyin.

Heç vaxt mina, partlamamış hərbi sursat və ya naməlum əşyalara toxunmayın, əlinizə götürməyin. Onlara müdaxilə etməyə çalışmayın”, - DİN-in müraciətində qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti