...

Cütlüklərin 20 faizi psixoloqla söhbətdən sonra boşanmaqdan vaz keçirlər – Nazir müavini

Cəmiyyət Materials 12 Mart 2025 11:39 (UTC +04:00)
Cütlüklərin 20 faizi psixoloqla söhbətdən sonra boşanmaqdan vaz keçirlər – Nazir müavini
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ədliyyə Nazirliyi nikahın pozulması zamanı cütlüklərin psixoloqa yönləndirilməsinin qanunvericilikdə təsbit olunması ilə bağlı təklfilər hazırlayır.

Trendxəbər verir ki, bunu Ədliyyə nazirinin müavini Abiddin Hüseynov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində keçirilən “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları - konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləmədə deyib.

O bildirib ki, nikahın pozulması üçün Nazirliyə müraciət edən şəxslərə pilot layihə kimi psixoloqa müraciət etmələri tövsiyə olunur:

“Nikahın pozulması üçün qeydiyyat şöbələrinə müraciət edənlərə psixoloq fəaliyyətini tövsiyə edirik. Cütlüklərin 20 faizi psixoloqlarla söhbətdən sonra boşanmaqdan vaz keçirlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti