...

2024-cü ildə avaralıq və dilənçiliklə məşğul olan 616 azyaşlı polis orqanlarına aparılıb

Cəmiyyət Materials 14 Mart 2025 11:08 (UTC +04:00)
2024-cü ildə avaralıq və dilənçiliklə məşğul olan 616 azyaşlı polis orqanlarına aparılıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Valideyn nəzarətindən, ictimai təsir vasitələrindən, pedaqoji mühitdən kənarda qalan, müxtəlif qanun pozuntularına yol verdiklərinə görə polis orqanlarına, xüsusi qəbul, saxlama və təcridetmə mərkəzlərinə 5 766, o cümlədən avaralıq və dilənçiliklə məşğul olan 616 azyaşlı gətirilib, hər biri haqqında qanunauyğun tədbirlər görülüb.

Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Hesabatda bildirilib ki, onlardan 366-ı polisdə profilaktiki qeydiyyata götürülüb, şəhər, rayon icra hakimiyyətləri yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalara 490 material göndərilib.

Valideyn himayəsindən kənarda qalmış və sosial təhlükəli vəziyyətlə üzləşmiş 155 azyaşlı sosial sığınacaqlara, körpələr və uşaq evlərinə yerləşdirilib, zəruri yardım, himayə və kömək göstərilməsi üçün səhiyyə, sosial müdafiə və digər dövlət qurumlarına 198 məlumat və müraciət ünvanlanıb.

Uşaqlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələrini yerinə yetirməyən, onları avaralıq və dilənçiliyə cəlb edən 354 valideyn barəsində inzibati protokol tərtib edilərək məhkəmələrə və yerli icra hakimiyyətləri yanında komissiyalara göndərilib, onlardan 41 nəfəri profilaktik nəzarətə götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti