...

Zəngilan şəhər tam orta məktəbin tikintisi bu il başa çatacaq

Cəmiyyət Materials 14 Mart 2025 11:09 (UTC +04:00)
Zəngilan şəhər tam orta məktəbin tikintisi bu il başa çatacaq
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ağdam şəhər 1 nömrəli körpələr evi-uşaq bağçası üçün 160 yerlik binanın tikintisi üzrə işlərin 90%-i tamamlanıb.

Trend xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında qeyd edilib.

Ağdam şəhər 160 yerlik 2 nömrəli körpələr evi- uşaq bağçasının tikintisi işləri davam edir. Zəngilan şəhər körpələr evi-uşaq bağçası üçün 160 yerlik binanın layihə-smeta sənədləri hazırlanıb.

Füzuli şəhər 1 nömrəli körpələr evi-uşaq bağçası üçün 240 yerlik binanın tikintisi üzrə islər davam edir. Şuşa Real Məktəbinin bərpası istiqamətində hesabat ilində təmir-tikinti işləri davam etdirilmiş, tikinti işlərinin 2025-ci ilin sonunadək başa çatdırılması nəzərdə tutulmuşdur. Zəngilan şəhər tam orta məktəb üçün 960 şagird yerlik binanın tikintisi davam etmiş, tikinti işlərinin 2025-ci ilin may ayında başa çatdırılması nəzərdə tutulur.

Eyni zamanda, Qarabağ İqtisadi Rayonunda Füzuli Peşə Liseyinin tikintisi işləri davam etmişdir. Ağdam Peşə Təhsili Mərkəzi, Zəngilan Peşə Təhsili Mərkəzi, Qubadlı Peşə Təhsili Mərkəzi, Şuşa şəhər Peşə Təhsili Mərkəzlərinin tikintisi üçün layihə-smeta sənədləri hazırlanır.

Hesabat ilinin sonuna işğaldan azad olunmuş ərazilərdə yerləşən ümumi təhsil müəssisələrində 2 minə yaxın şagird (məktəbəhazırlıqla birlikdə) təhsil alır və 249 təhsilverən çalışır. Məktəbəqədər təhsil müəssisələrində isə 162 uşaq təhsil alır və 21 təhsilverən fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti