Bakı. Trend:
15-16 mart 2025-ci il tarixlərində SUP.VC və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkilatçılığı ilə keçirilən “INNOSTART” Gəncə Hakatonu innovasiya və texnologiya sahəsində çalışan gəncləri bir araya gətirdi. İştirakçılar iki gün ərzində intensiv işləyərək müxtəlif sahələr üzrə texnoloji həllər hazırlayıb təqdim etdilər.
Komandalar mentorların dəstəyi ilə ideyalarını inkişaf etdirib, biznes modellərini formalaşdırıb və münsiflər qarşısında təqdim etdilər. Qiymətləndirmə zamanı layihələrin texniki həlli, bazar potensialı və tətbiq olunma imkanları əsas meyarlar kimi götürüldü.
Qalib komandalar və layihələr
I yer – Glamo – Xidmətlər üçün asan və sürətli rezervasiya
platforması.
II yer – AgroSphere – Fermerlər üçün maarifləndirmə və bitki
dərmanlarının satışı platforması.
III yer – BioTech – Biotexniki bitkilərin satışı platforması.
Qiymətləndirmə və münsiflər heyəti
İştirakçı komandaların təqdimatları Hasil Abbasov, Elviz İsmayılov və Elxan Şükürov tərəfindən qiymətləndirildi. Jüri üzvləri layihələrin texniki əsaslandırılması, innovativliyi, bazar ehtiyaclarına uyğunluğu və biznes perspektivlərini nəzərə alaraq qalibləri seçdilər.
Mentor dəstəyi və inkişaf prosesi
Komandalar hakaton müddətində Murad Nağıyev, Ruslan Ağakişiyev, Tural Salmanov və Səhər Qədimlinin mentorluğu ilə layihələrini inkişaf etdirdilər. Mentorlar biznes inkişafı, məhsul dizaynı, tech sahəsi, marketinq strategiyaları və investorlar üçün təqdimatın təkmilləşdirilməsi mövzusunda iştirakçılara dəstək oldular.
Tədbirin əhəmiyyəti və nəticələri
“INNOSTART” Gəncə Hakatonu yerli innovasiya ekosisteminin güclənməsi, gənclərin texnoloji bacarıqlarının inkişafı və startap ideyalarının gerçəkləşməsi üçün vacib platforma oldu. İştirakçılar yeni biliklər əldə edib, potensial tərəfdaşlarla əlaqə qurub və gələcək layihələr üçün təməl formalaşdırdılar.
Hakatonda iştirak edə bilməyənlər INNOSTART İnkubasiya proqramlarına qoşularaq ideyalarını inkişaf etdirə və investisiya imkanı əldə edə bilərlər.
Qeydiyyat linki: https://forms.gle/kzKjreU9w4zembME8
"Instagram": instagram.com/sup.vc
" LinkedIN": https://bit.ly/437XkaM
" Facebook": https://bit.ly/3EUUcFd