...

Biz eyni mədəniyyəti, dili, tarixi bölüşürük - Ərşad Rəşad Salehi

Cəmiyyət Materials 18 Mart 2025 10:41 (UTC +04:00)
Biz eyni mədəniyyəti, dili, tarixi bölüşürük - Ərşad Rəşad Salehi
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Biz eyni mədəniyyəti, dili, tarixi bölüşürük.

Trend xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin xətti ilə "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forumda İraq parlamentinin deputatı Ərşad Rəşad Salehi deyib.

"Ayrı yerlərdə yaşasaq da, biz bütün bu dəyərləri qoruyub saxladıq.

Türkmanlar çox əziyyət çəkib. Ermənilər Kərkükdə türkmanları da qətlə yetiriblər. Lakin bunlara baxmayaraq, türkmanlar özünə gəldi. Bundan başqa, türkmanlar bir çox qətliama məruz qalıb.

Mən İraqda Xocalı qətliamını siyasi hökumətə çatdırıram. Əli qana bulaşan ermənilərin hərəkətindən hamı xəbərdar olmalıdır”, - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti