Bakı.Trend:
İraqda türkmanlar çox zülm çəkib.
Trend xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin xətti ilə "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forumda Milli Məclisin deputatı Fazil Mustafa deyib.
O qeyd edib ki, bu gün türkmanlar ayaqdadırlarsa, bu, onların iradəsinin göstəricisidir.
“Orada baş verən proseslərin içində ayaqda qalmaq qəhrəmanlıqdır. Biz artıq siyaət üzərindən hədəfə doğru müzakirələr aparmalıyıq.
Bir yerdə yol xəritəmizi müzakirə edib müəyyən edək”, - deyə deputat qeyd edib.