...

Fazil Mustafaya sui-qəsdə görə ömürlük həbs cəzası almış Azər Səricanovun oğlu da həbs olunub - DTX-dən əməliyyat

Cəmiyyət Materials 21 Mart 2025 10:12 (UTC +04:00)
Fazil Mustafaya sui-qəsdə görə ömürlük həbs cəzası almış Azər Səricanovun oğlu da həbs olunub - DTX-dən əməliyyat
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsdə görə ömürlük həbs cəzası almış Azər Səricanovun oğlu Əbülfəz Səricanov həbs olunub.

Trend-in xəbərinə görə, adıçəkilən şəxs Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.

Ə.Səricanova Cinayət Məcəlləsinin 28.277-ci maddəsi ilə ittiham verilib.

O, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə konkret dövlət və ictimai xadimlərin həyatına sui-qəsd hazırlığında təqsirləndirilir.

Səbail Rayon Məhkəməsinin qərarı ilə onun haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Ə.Səricanov haqqında həbs qərarı verildiyini və CM-in 28.277-ci maddəsi ilə təqsirləndirildiyini vəkili Bəxtiyar Hacıyev də təsdiqləyib.

Bu maddədə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti