...

Paytaxtda keçmiş məhkumdan 13 kq marixuana aşkarlanıb

Cəmiyyət Materials 25 Mart 2025 16:18 (UTC +04:00)
Paytaxtda keçmiş məhkumdan 13 kq marixuana aşkarlanıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Nəsimi rayonunda narkokuryerdən 13 kq marixuana və həşiş aşkarlanıb.

DİN-dən Trend-ə verilən məlumata görə, son əməliyyat nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş 48 yaşlı Ceyhun Kuhi saxlanılıb. Ondan 13 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və həşiş aşkarlanaraq götürülüb.

C.Kuhi ifadəsində şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu və narkotikləri maddi gəlir qarşılığında gizli yerdən götürərək ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.

Faktla bağlı araşdırmalar aparılır.

Ümumilikdə isə Nəsimi rayonunda son üç ay ərzində polisin keçirdiyi tədbirlər zamanı narkotiklərlə əlaqəli 115 fakt aşkarlanıb və nəticədə 36 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti