Şuşa. Trend:
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində Şuşa şəhər Dövlət Qoruq idarəsinin sifarişi ilə inşa edilmiş binanın bir və ikinci mərtəbəsində yerləşən iaşə obyekti müasir standartlara uyğun olaraq hazırlanıb.
Trend xəbər verir ki, bunu "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" publik hüquqi şəxsin İcraçı direktorunun müavini Vüqar Məhərrəmov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, restoranda qədim Qarabağa aid milli mətbəx mövcud olacaq. Bu da öz növbəsində Şuşaya səfər edən qonaqların xüsusi diqqətini çəkəcək.
Qeyd edək ki, restoranın inşasına 2024-cü ildən başlanılıb.