...

"Bavariya" Erik Dayerlə yeni müqavilə imzalamaq istəyir

Cəmiyyət Materials 29 Mart 2025 19:26 (UTC +04:00)
"Bavariya" Erik Dayerlə yeni müqavilə imzalamaq istəyir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Bavariya" mövsümün sonunda müqaviləsi başa çatan Erik Dayerlə bağlı qərarını verib.

Trend xəbər verir ki, Bundesliqa nəhəngi ingilis müdafiəçini komandada saxlamaq niyyətindədir. Bu barədə "Sky Sports" məlumat yayıb.

Münhen klubu artıq 31 yaşlı futbolçu ilə danışıqlara başlayıb və onunla 2026-cı ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə imzalamağı planlaşdırır.

Qeyd edək ki, Erik Dayer ötən ilin yanvar ayından "Bavariya"nın formasını geyinir. O, bu mövsüm Münhen təmsilçisinin heyətində 18 rəsmi matçda iştirak edib və 2 qol ötürməsi verib.

Xəbər lenti

Xəbər lenti