Bakı. Trend:
Ötən gün Almaniya Prezidentinin sosial şəbəkə hesabında paylaşım edildi, sonra texniki səhv olduğu bildirildi və silinərək üzrxahlıq edildi. Bu, bizim ölkəmizin, onun xalqının, liderinin gücünü göstərir.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan suveren ölkə olaraq bu kimi diqqətsizliklərə həssas yanaşır.
“Suverenlik, ərazi bütövlüyü kimi məsələlər bizim həssas yerimizdir.
Almaniyanın dövlət televiziyası olan "Deutsche Welle"də bizə qarşı təxribat xarakterli film yayımlanıb. Bu filmlə bağlı da müvafiq addımlar atılmalıdır”, - deyə deputat qeyd edib.