...

Ukraynada Novruz bayramı tədbirləri keçirilib (FOTO)

Cəmiyyət Materials 1 Aprel 2025 12:44 (UTC +04:00)
Ukraynada Novruz bayramı tədbirləri keçirilib (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Ukraynanın bir sıra şəhərlərində Novruz bayramı münasibətilə tədbirlər keçirilib.

Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Krivoy Roq Azərbaycan diaspor təşkilatı tərəfindən Novruz bayramı tədbiri keçirilib. Tədbirdə şəhər meri Yuriy Vilkul, şəhər radasının deputatları və şəhər mədəniyyət nümayəndələri iştirak ediblər. Azərbaycan guşəsində Novruz bayramı atributları, milli mətbəximizin təamları, həmçinin Azərbaycanın görkəmli şəxsiyyətləri haqqında məlumat yazılan lövhə də nümayiş olunub.

Poltava şəhərində Novruz bayramı qeyd olunub. Tədbirdə Ukrayna xalq deputatı Kasay Konstantin İvanoviç, Vilayət Şurasının birinci sədr müavini Lemeşko Aleksandr Nikolayeviç, Vilayət Şurasının sədr müavini Çepurko Oleksiy Qriqoroviç, şəhər merinin birinci müavini Parxomenko Valeri Oleksandroviç, Poltava Vilayət Hərbi Administrasiyasının Mədəniyyət və Turizm Departamentinin direktoru Fedorçenko Liliya, Vilayət Dövlət Administrasiyasının Mədəniyyət və Turizm Departamentinin Milliyyətlər və Dinlər şöbəsinin rəhbəri Sostin Vladimir Aleksandroviç, V.Q. Korolenko adına Poltava Pedaqoji Universitetinin rektoru Qrinova Marina Viktorivna, Yuri Kondratyuk adına Poltava Milli Texniki Universitetinin elmi işlər üzrə prorektoru Stepova Olena Valeriyevna, Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkilinin Katibliyinin Poltava vilayətindəki nümayəndəsi Nosenko Vladislav Vladimiroviç, Ukraynada fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri və fəalları iştirak ediblər.

Bayram tədbiri mədəniyyətlərin və ənənələrin birliyi simvoluna çevrilib. Fərqli millətlərin və mədəniyyətlərin nümayəndələri toplaşaraq bayram sevincini birlikdə bölüşüblər. Novruz bayramı tədbir iştirakçılarına xeyirxahlıq, səmimiyyət və açıq dialoq ab-havası bəxş edib, qarşılıqlı dəstək və tolerantlığın əhəmiyyətini bir daha vurğulayıb.

Tədbirin sonunda bayram tonqalı yandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti