Bakı. Trend:
2025-ci ilin yanvar-mart ayları ərzində DSMF-nin fəaliyyət istiqamətləri üzrə 33 708 elektron arayış alınıb.
Trend xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Bildirilib ki, bu arayışların 9 943-ü pensiya, 12 035-i müavinət və təqaüd, 7 977-si fərdi şəxsi hesab, 1 589-u ünvanlı dövlət sosial yardımı, 5-i torpaq pay mülkiyyətçisi, 10-u şəhid ailəsi üzvü, 344-ü ünvanlı dövlət sosial yardımı ödənişləri, 728-i sağlamlıq imkanları məhdud olan uşaqlar, 1 077-si əlilliyi olan şəxslərə qulluqla bağlı olub.