Bakı. Trend:
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində 2023-cü il 19-20 sentyabr tarixlərində keçirilən antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər Eynəliyev Samrad İkram oğlunun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Trend-in Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, tədbirə Müdafiə Nazirliyi, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri qatılıb. Mərasimdə öncə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər şəhidimizin xatirəsinin hər zaman xalqımızın yaddaşında yaşayacağını və onun qürurla anılacağını vurğulayıblar.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.