Bakı. Trend:
Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı aprelin 13-də keçiriləcək.
Trend xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, şagirdlər və ya onların valideynləri “İmtahana buraxılış vərəqəsi”ni DİM-in internet saytından çap edə bilərlər.
"Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı qeyd olunub.
Şagirdlər imtahana aşağıdakı sәnәdlәri gәtirmәlidirlər:
- şәxsiyyәt vәsiqәsini (vəsiqədə şəkli olmayan şagirdlər tәhsil aldıqları tәhsil müәssisәsi tәrәfindәn verilәn arayışı (arayışa şagirdin 3x4 ölçülü şәkli yapışdırılır vә şәkil möhürlә tәsdiqlәnir));
- imtahana buraxılış vәrәqәsini.
İmtahan qaydalarına aid “Yaddaş kitabçası” ilə buradan tanış olmaq mümkündür",- deyə məlumatda qeyd edilib.