Bakı. Trend:
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.
Trend xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı 22 məsələ daxil edilib:
1. X.R.Vəliyevin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında.
2. M.Ə.Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin
hakimi təyin edilməsi haqqında.
3. Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad
edilməsi haqqında.
4. Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi
haqqında.
5. Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi
haqqında.
6. Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən
azad edilməsi haqqında.
7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan
Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan
Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının
Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi
Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası
Məcəlləsində, “Sosial sığorta haqqında”, “Əhalinin sağlamlığının
qorunması haqqında”, “Uşaq hüquqları haqqında”, “Valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial
müdafiəsi haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı
kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Dövlət rüsumu
haqqında”, “İcra haqqında”, “Ünvanlı dövlət sosial yardımı
haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları
haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”
Konvensiyaya qoşulmaq barəsində”, “Əlilliyi olan şəxslərin
hüquqları haqqında” və “Məşğulluq haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
8. “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (üçüncü oxunuş).
9. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü
oxunuş).
10. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Valyuta tənzimi
haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”,
“Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları
haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar
bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın
leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı
mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri
haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü
oxunuş).
11. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ
nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında”
Əsasnamədə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (üçüncü oxunuş).
12. “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında”
Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
13. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi
haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü
oxunuş).
14. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının
2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası
ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi.
15. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Üzümçülük
və şərabçılıq haqqında”, “Dərman vasitələri haqqında” və “Reklam
haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci
oxunuş).
16. “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (ikinci oxunuş).
17. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (ikinci oxunuş).
18. “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (ikinci oxunuş).
19. “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam
nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası
Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin
təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı
Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”,
“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (birinci oxunuş).
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və
“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci
oxunuş).
21. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi
barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (birinci oxunuş).
22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (birinci oxunuş).
