...

Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi kimi and içib

Cəmiyyət Materials 11 Aprel 2025 11:56 (UTC +04:00)
Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi kimi and içib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi kimi and içib.

Trend xəbər verir ki, o Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edib.

"Konstitusiya Məhkəməsinin hakimi təyin edilməyim üçün Milli Məclisə müraciət etdiyinə görə Prezident İlham Əliyevə öz dərin minnətdarlıq borcumu ifadə edirəm. Eyni zamanda Milli Məclisin sədri Sahibə Qafarova və millət vəkillərinə mənim bu vəzifəyə seçilməyimlə bağlı səs verdiyinizə görə təşəkkürümü bildirirəm.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakiminin səlahiyyətlərini şərəflə və vicdanla yerinə yetirəcəyimə, Azərbaycan Respublikasının Konstitusiyasının aliliyini qoruyacağıma, baxdığım məsələləri müstəqil, qərəzsiz və ədalətlə həll edəcəyimə and içirəm", - deyə o bildirib.

Qeyd edək ki, Xanlar Vəliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında Konstitusiya Məhkəməsinin hakimi təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti