...

Paytaxt sakini silah-sursatı könüllü olaraq polisə təhvil verib

Cəmiyyət Materials 12 Aprel 2025 17:23 (UTC +04:00)
Paytaxt sakini silah-sursatı könüllü olaraq polisə təhvil verib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakı sakini silah-sursatı könüllü olaraq polisə təhvil verib.

Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbir nəticəsində 34 yaşlı paytaxt sakini 1 avtomat silahı və 6 ədəd patronu könüllü olaraq polisə təhvil verib.

Araşdırma aparılır.

Qeyd edək ki, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti