Bakı. Trend:
Aprelin 13-də gözlənilən hava şəraiti açıqlanıb.
Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Havanın temperaturu gecə +7 dərəcədən +9 dərəcəyədək, gündüz +12 dərəcədən +15 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı
olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə
qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək
dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz yağıntıda
fasilə olacaq. Gecə və səhər arabir duman olacaq.
Mülayim qərb əsəcək.
Havanın temperaturu gecə +5 dərəcədən +9 dərəcəyədək, gündüz +14 dərəcədən +18 dərəcəyədək, dağlarda gecə -3 dərəcədən + 2 dərəcəyədəki, gündüz +5 dərəcədən +10 dərəcəyədək olacaq.