Bakı. Trend:
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat başa çatır.
Trend xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün bakalavrların ərizə qəbulu aprelin 1-dən başlanıb və bu gün saat 23:59-dək davam edəcək.
"14 aprel saat 09:00-a olan məlumata əsasən 17004 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi - 15760; rus bölməsi - 1244).
Bakalavrlar imtahanın ikinci cəhdinə iştirak etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabına tələb olunan məbləği əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://eservices.dim.gov.az/erizemag/erize) daxil olmaqla qeydiyyatdan keçirlər.
Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür.
Qeyd edək ki, imtahan 2025-ci il mayın 11-də keçiriləcək",- deyə məlumatda qeyd edilib.