Bakı. Trend:
Nəsimi rayonu ərazisində yerləşən restoranların birindən bir nəfərə məxsus mobil telefon oğurlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı A.Məmmədova saxlanılıb.
Bildirilib ki, ondan psixotrop maddə olan metamfetamin də aşkarlanıb.
Bundan başqa, Sabunçu rayonu ərazisində yerləşən evlərin birindən qızıl-zinət əşyası oğurlayan 22 yaşlı A.Qulizadənin, Nərimanov rayonunda isə bir nəfərə məxsus 2000 manat dəyərində mobil telefonu talayan 35 yaşlı A.Əliyev də saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.