...

Sabah hava necə olacaq?

Cəmiyyət Materials 16 Aprel 2025 12:59 (UTC +04:00)
Sabah hava necə olacaq?
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağacağı, səhər tədricən kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata əsasən, havanın temperaturu gecə +6 dərəcədən +9 dərəcəyədək, gündüz +12 dərəcədən +16 dərəcəyədək olacaq.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər qərb rayonlarından başlayaraq tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə +5 dərəcədən +9 dərəcəyədək, gündüz +13 dərəcədən +18 dərəcəyədək, dağlarda gecə -3 dərəcədən -8 dərəcəyədək, gündüz 0 dərəcədən +5 dərəcəyədək olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti