...

Birinci Qarabağ müharibəsinin daha üç itkin şəhidi dəfn ediləcək

Cəmiyyət Materials 17 Aprel 2025 12:41 (UTC +04:00)
Birinci Qarabağ müharibəsinin daha üç itkin şəhidi dəfn ediləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha üç şəhid dəfn olunacaq.

Bu barədə Trend-ə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Məlumata görə, itkin-şəhidlərin hər üçü hərbçidir.

Qeyd edilib ki, aprelin 18-də Hüseynov Mübariz Sabəddin oğlu Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi “Şəhidlər Xiyabanı”, Mirzəliyev Ələsgər Fərzalı oğlu Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi “Lələtəpə” qəbiristanlığı, Mehdiyev Münasib Namaz oğlu isə Samux rayonu, Qovlarsarı kənd qəbiristanlığında dəfn olunacaq.

Xəbər lenti

Xəbər lenti