...

Qubada qaya parçalarının düşməsi nəticəsində bağlanan yolda hərəkət bərpa olunub (YENİLƏNİB)

Cəmiyyət Materials 19 Aprel 2025 12:53 (UTC +04:00)
Qubada qaya parçalarının düşməsi nəticəsində bağlanan yolda hərəkət bərpa olunub (YENİLƏNİB)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Qubada qaya parçalarının düşməsi nəticəsində bağlanan yolda hərəkət bərpa olunub.

Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

XXX

10:55

Qubada qaya parçaları qoparaq avtomobil yoluna düşüb.

Trend xəbər verir ki, hadisə Quba-Qonaqkənd yolunun 31-ci km-də baş verib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, AAYDA-nın xüsusi texnikaları və canlı qüvvəsi hadisə yerinə cəlb olunub.

"Qaya parçalarının parçalanaraq yolun hərəkət hissəsindən kənarlaşdırılması işləri aparılır. Qısa müddətdə yolda hərəkət bərpa olunacaq", - deyə qurumdan bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti