...

Tədqiqat Mərkəzi Kommunikasiya üzrə Vakansiya elan edir

Cəmiyyət Materials 23 Aprel 2025 09:00 (UTC +04:00)

Bakı. Trend:

Tədqiqat Mərkəzi kommunikasiya üzrə mütəxəssis vakansiyası elan edib.

Namizədə tələblər:

Enerjili, pozitiv, nəticəyönümlü, iş keyfiyyətini itirmədən sürətli şəkildə müxtəlif tapşırıqlar arasında keçid edə bilən, fərqli insanlarla ünsiyyət qurmağa hazır olan. Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilməlidir. Marketinq və ya media sahəsində iş təcrübəsi və bacarıqları vacibdir. Fikirlərini aydın və əlçatan şəkildə ifadə edə bilməli, mövqeyini konkret şəkildə müdafiə etməyi bilməlidir, sistemli düşünmə qabiliyyətinə sahib olmalıdır. Kommunikasiya sahəsində böhran vəziyyətlərini idarə etmək bacarığı vacibdir. Layihə koordinatoruna tabedir.

Ali təhsil tələb olunur (jurnalistika, marketinq, politologiya, sosiologiya).

Yaş: 28–33.

Layihələr üzrə əsas vəzifələr:

Hədəf auditoriyasının analizi və mütəmadi araşdırılması, müxtəlif kommunikasiya konsepsiyalarının hazırlanması, PR planlarının, media planlarının və zərurət olduqda brendinq planlarının hazırlanması. Mənaların, memlərin və vizualların yaradılmasında iştirak edən kopirayterlər, SMM menecerləri və digər mütəxəssislərlə sıx əməkdaşlıq.
Hədəf auditoriyası və cəmiyyət daxilində marka, təşkilat və ya qurumun tanıdılması və mövqeləndirilməsi üçün lazım olan ideya, məna və vizualların seçilməsi.

Böhran (fors-major, fövqəladə hal) kommunikasiya hallarının analizi, markanın, məhsulun və ya qurumun ətrafında yaranan neqativ dalğaların qarşısını almaq və neytrallaşdırmaq üçün əsas faktorların müəyyən edilməsi və taktikaların hazırlanması. Markaya dair və onun rəsmi hesablarında yaradılan kontentin keyfiyyətinin qiymətləndirilməsi, risklərin təhlili, böhran vəziyyətlərinin idarəsi üçün şablon və ssenarilərinin hazırlanması.
Kommunikasiya mahiyyətindən irəli gələn digər vəzifələrin yerinə yetirilməsi.

Əlaqə:

Email: [email protected]
Tel.: +994 55 630 00 39.

Xəbər lenti

Xəbər lenti