...

Dünya şöhrətli “NomadMania” səyyah klubunun Qarabağa səfəri başlayıb (FOTO) (YENİLƏNİB)

Cəmiyyət Materials 24 Aprel 2025 10:57 (UTC +04:00)
Dünya şöhrətli “NomadMania” səyyah klubunun Qarabağa səfəri başlayıb (FOTO) (YENİLƏNİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Füzuli. Trend:

Dünyanın 30 ölkəsinin - ABŞ, Britaniya, Belçika, Almaniya, İsveçrə, Polşa, Niderland, Fransa, Braziliya, Mərakeş, Danimarka, Çili, Portuqaliya, Sierra Leone, Ruanda, Suriya, Hindistan, Serbiya, Yunanıstan, Albaniya, Türkiyə, Slovakiya, Sinqapur, İtaliya, İspaniya, İran, Kamerun, Çin, Avstraliya və Yeni Zelandiyanın səyyah elitasında yer alan nüfuzlu beynəlxalq səyahətçilərin Qarabağa səfəri başlayıb.

Trend xəbər verir ki, beynəlxalq səyahətçilər ilk olaraq Füzuliyə gəliblər. Buradan onlar Şuşa və Xankəndiyə səfər edəcəklər.

Qeyd edək ki, heyət 3 gün ərzində Qarabağ və Şərqi Zəngəzurda olacaq, aparılan nəhəng bərpa və quruculuq işlərini, minatəmizləmə fəaliyyətini, Ermənistan tərəfindən işğal dövründə törədilmiş vəhşilikləri, dağıntıları müşahidə edəcək.

XXX

07:58

Bu gün dünyanın 30 ölkəsinin - ABŞ, Britaniya, Belçika, Almaniya, İsveçrə, Polşa, Niderland, Fransa, Braziliya, Mərakeş, Danimarka, Çili, Portuqaliya, Sierra Leone, Ruanda, Suriya, Hindistan, Serbiya, Yunanıstan, Albaniya, Türkiyə, Slovakiya, Sinqapur, İtaliya, İspaniya, İran, Kamerun, Çin, Avstraliya və Yeni Zelandiyanın səyyah elitasında yer alan nüfuzlu beynəlxalq səyahətçilərin Qarabağa səfəri başlayır.

Trend xəbər verir ki, 6 qitəni təmsil edən səyyahların yer aldığı qrupun rəhbəri dünya şöhrətli səyyah, NomadMania klubunun təsisçisi Hari Mitsidisdir (https://nomadmania.com, https://harrymitsidis.com).

Heyət 3 gün ərzində Qarabağ və Şərqi Zəngəzurda olacaq, aparılan nəhəng bərpa və quruculuq işlərini, minatəmizləmə fəaliyyətini, Ermənistan tərəfindən işğal dövründə törədilmiş vəhşilikləri, dağıntıları müşahidə edəcək.

Bu səfər azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılmasında müstəsna rol oynayır.

Qeyd edək ki, Vətən müharibəsindən ötən 5 il ərzində dünyanın əsas beynəlxalq səyyah şəbəkələrinin – ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan Türkiyə Gəzginlər Klubu, Club-100 (İsveç), “Piki Reels” (Böyük Britaniya), “Vagaclub” (Norveç) klublarının geniş tərkibdə heyətlərinin 12 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Budəfəki səfər isə prosesin davamı olmaqla, beynəlxalq səyyahların azad edilmiş ərazilərə sayca 13-cü qrup səfəridir.

Xəbər lenti

Xəbər lenti