Xankəndi. Trend:
Dünya şöhrətli “NomadMania” səyyah klubu Xankəndiyə səfər edib.
Trend xəbər verir ki, Xankəndinə səfər Qarabağ Universiteti ilə başlayıb.
Səyyahlar ilk universiteti ziyarət edib, orada yaradılan şəraitlə yaxından tanış olublar.
Qeyd edək ki, heyət üç gün ərzində Qarabağ və Şərqi Zəngəzurda olacaq, aparılan nəhəng bərpa və quruculuq işlərini, minatəmizləmə fəaliyyətini, Ermənistan tərəfindən işğal dövründə törədilmiş vəhşilikləri, dağıntıları müşahidə edəcək.
Bu səfər azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılmasında müstəsna rol oynayır.