...

Bakıda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Cəmiyyət Materials 25 Aprel 2025 15:17 (UTC +04:00)
Bakıda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, aprelin 25-də saat 08 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 1973-cü il təvəllüdlü Səlim Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, ilkin araşdırmalarla 1978-ci il təvəllüdlü Maksim Əhmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Səlim Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Maksim Əhmədov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti