...

İmtahana buraxılış vərəqəsi artıq “mygov” üzərindən əldə oluna bilər

Cəmiyyət Materials 5 May 2025 12:11 (UTC +04:00)
İmtahana buraxılış vərəqəsi artıq “mygov” üzərindən əldə oluna bilər
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Dövlət İmtahan Mərkəzinin (DİM) birgə əməkdaşlığı ilə vətəndaşlara aid "İmtahana buraxılış vərəqəm" məlumatları “mygov” platformasına inteqrasiya olunub. Bu yenilik sayəsində cari ildə bakalavr və magistratura səviyyələri üzrə imtahana qeydiyyatdan keçmiş şəxslər buraxılış vərəqəsini və yaddaş kitabçasını imtahana az müddət qalmış “mygov” vasitəsilə əldə edə biləcəklər.

Bu barədə Trend-ə İRİA-dan məlumat verilib.

Bildirilib ki, istifadəçilər "mygov" platformasında "Təhsil məlumatlarım" bölməsindən imtahana buraxılış vərəqəsini elektron formada yükləyə bilərlər.

İmtahana buraxılış vərəqəsinin "mygov"a inteqrasiyası Dövlət İmtahan Mərkəzi tərəfindən Təhsil sahəsinin Rəqəmsallaşması üzrə Yol Xəritəsi çərçivəsində həyata keçirilib.

Qeyd edək ki, “mygov” platformasının əsas məqsədi vətəndaşlara müxtəlif portallara keçid etmədən zəruri dövlət xidmətlərinə, sənəd və məlumatlara vahid rəqəmsal məkanda rahat və operativ çıxış imkanı yaratmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti