...

Sel gəldi, yolda problem yarandı (VİDEO)

Cəmiyyət Materials 6 May 2025 20:15 (UTC +04:00)
Sel gəldi, yolda problem yarandı (VİDEO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Güclü yağış səbəbindən gələn sel Bakı-Şamaxı-Yevlax yolunun 78-ci kilometrliyində -Qobustan rayonunda avtomobillərin hərəkətində müəyyən maneə yaradıb.

Bu barədə Trend-ə DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, əraziyə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

"Yol daş və qumdan təmizləndikdən sonra hərəkətin axını əvvəlki qaydada bərpa edilib", - deyə əlavə edilib.

Xəbər lenti

Xəbər lenti