Bakı. Trend:
Qlobal Cənub artıq bir coğrafi yox, siyasi, iqtisadi anlayışdır
Trend xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda genişləndirilmiş iclasında çıxışı zamanı deyib.
O bildirib ki, Qlobal Cənub artıq diskussiya platforması deyil, konkret addımlar da atır:
“Azərbaycan Qlobal Cənubla əməkdaşlıqda fayda əldə edə bilər. Qoşulmama Hərəkatı da Qlobal Cənubun tərkib hissəsidir. Azərbaycan siyasi və iqtisadi imkanlarının genişləndirilməsi üçün Qlobal Cənubla aktiv əməkdaşlıq etməlidir”.