...

“Avroviziya” mahnı müsabiqəsinin bütün finalçıları müəyyənləşib (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 16 May 2025 02:36 (UTC +04:00)
“Avroviziya” mahnı müsabiqəsinin bütün finalçıları müəyyənləşib (ƏLAVƏ OLUNUB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsveçrənin Bazel şəhərində “Avroviziya” mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsi sona çatıb.

Trend xəbər verir ki, ikinci yarımfinalda 16 ölkənin iştirakçıları finala vəsiqə qazanmaq uğrunda mübarizə aparıblar.

Tamaşaçıların səsverməsinin nəticələrinə əsasən, final mərhələsinə aşağıdakı ölkələr çıxıb: Litva, İsrail, Ermənistan, Danimarka, Avstriya, Lüksemburq, Finlandiya, Latviya, Malta və Yunanıstan.

Birinci yarımfinalın nəticələrinə görə, Norveç, Albaniya, İsveç, İslandiya, Niderland, Polşa, San-Marino, Estoniya, Portuqaliya və Ukrayna finala vəsiqə qazanmışdı.

Bundan əlavə, final şousunda ötən il qalib gələn İsveçrə ilə yanaşı, “Böyük beşlik” ölkələri – Böyük Britaniya, Almaniya, Fransa, İspaniya və İtaliya da avtomatik olaraq iştirak edəcəklər.

“Avroviziya”nın finalı mayın 17-də keçiriləcək.

XXX

23:30

"Avroviziya - 2025" mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsi başlayıb.

Trend-in məlumatına görə, müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir.

Mahnı yarışmasının qalibi mayın 17-də təşkil olunacaq final mərhələsində müəyyənləşəcək.

Qeyd edək ki, Azərbaycan builki müsabiqədə “Mamagama” qrupunun “Run with U” mahnısı ilə təmsil olunub, lakin ilk yarımfinal mərhələsində yarışmanı tərk edib.

İlk yarımfinalda Norveç, Albaniya, İsveç, İslandiya, Niderland, Polşa, San Marino, Estoniya, Portuqaliya və Ukrayna təmsilçiləri finala vəsiqə qazanıblar.

Xəbər lenti

Xəbər lenti