...

Baş prokuror Nizami rayonunda qəbul keçirib (FOTO)

Cəmiyyət Materials 16 May 2025 15:08 (UTC +04:00)
Baş prokuror Nizami rayonunda qəbul keçirib (FOTO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 16-da Baş prokuror Kamran Əliyev Bakı şəhəri Nizami rayon prokurorluğunun inzibati binasında Nizami rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Trend Baş Prokurorluğa istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.

Mayın 16-da Baş prokuror Kamran Əliyev Bakı şəhəri Nizami rayon prokurorluğunun inzibati binasında Nizami rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Qəbulda iştirak edən 29 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti