...

STM-də Bakının mənzil infrastrukturuna dair konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 19 May 2025 16:44 (UTC +04:00)
STM-də Bakının mənzil infrastrukturuna dair konfrans keçirilib (FOTO)
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Sosial Tədqiqatlar Mərkəzində "Bakı Şəhərinin mövcud mənzil fondunun inkişafında yeni gözləntilər" mövzusunda elmi-praktik konfrans keçirilib.

Trend xəbər verir ki, tədbir müxtəlif dövlət qurumları, tənzimləyici orqanlar, ekspert dairələri və akademik ictimaiyyətin nümayəndələrini bir araya gətirib.

Konfransın əsas məqsədi Bakının mövcud yaşayış fondunun cari vəziyyəti və gələcək inkişaf istiqamətlərinə dair institusional dialoqu gücləndirmək olub. Tədbirdə çıxış edən məruzəçilər urbanizasiya prosesi, binaların istismar müddəti və əmlak bazarındakı yeni tendensiyalarla bağlı önəmli fikirlər səsləndiriblər.

Eyni zamanda, enerji səmərəliliyi, mövcud infrastrukturun dayanıqlılığı və normativ tənzimləmələrə dair mühüm məqamlar gündəmə gətirilib. Konfrans çərçivəsində müasir şəhərsalma yanaşmaları və planlaşdırma modellərinin tətbiqi məsələləri də geniş şəkildə nəzərdən keçirilib.

İştirakçılar bir sıra konseptual təkliflərlə çıxış edərək mövcud mənzil fondunun təkmilləşdirilməsi üzrə alternativ yanaşmaları müzakirəyə çıxarıblar. Əməkdaşlıq formatları, hüquqi mexanizmlər və bazar iştirakçılarının rolu konfransın əsas müzakirə mövzularından biri olub.

Ekspertlər tərəfindən mənzil fondunun yenilənməsi və rekonstruksiya tədbirlərində dövlət və özəl sektor arasında optimal balansın yaradılmasının vacibliyi vurğulanıb. Konfransda aparılmış geniş təhlillər əsasında paytaxtın mənzil sektorunda kompleks yanaşmaların tətbiqi zərurəti bir daha təsdiqlənib.

Xəbər lenti

Xəbər lenti