...

Məhkəmə-Hüquq Şurasının 20 illiyi ilə əlaqədar yubiley medalı təsis ediləcək

Cəmiyyət Materials 19 May 2025 17:33 (UTC +04:00)
Məhkəmə-Hüquq Şurasının 20 illiyi ilə əlaqədar yubiley medalı təsis ediləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Məhkəmə-Hüquq Şurasının 20 illiyi ilə əlaqədar yubiley medalı təsis ediləcək.

Trend xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilib.

“Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun layihəsi komitə iclasında müzakirə olunaraq, plenar iclasa tövsiyə ediləcək.

Xəbər lenti

Xəbər lenti