...

İcra məmurlarının sosial müdafiəsi üçün xüsusi xəzinə hesabından vəsait ayrılacaq

Cəmiyyət Materials 20 May 2025 12:00 (UTC +04:00)
İcra məmurlarının sosial müdafiəsi üçün xüsusi xəzinə hesabından vəsait ayrılacaq
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İcra və probasiya xidmətləri icra məmurlarının həvəsləndirilməsi və sosial müdafiəsi məqsədilə ədliyyə orqanlarının xüsusi xəzinə hesabının vəsaitindən istifadə ediləcək.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “İcra məmurları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, Azərbaycan Respublikasının və xarici dövlətlərin məhkəmələrinin mülki və kommersiya mübahisələrinə dair işlər üzrə qərarlarının, xarici və yerli arbitraj məhkəmələrinin qərarlarının, habelə məhkəmə əmrlərinin, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarlarının, alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlərin, notariusların icra qeydlərinin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların qәrarlarının məcburi icrası ilə bağlı borclunun hesabından tutulan icra ödənişinin məbləği, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər ədliyyə orqanlarının xüsusi xəzinə hesabının vəsaiti hesabına ödənildikdə həmin xərclərin qaytarılması ilə bağlı vəsait ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürüləcək.

Cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin 43 faizi ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti