...

2024-cü ildə doğulan qız və oğlan uşaqları arasındakı fərq azalıb

Cəmiyyət Materials 21 May 2025 11:00 (UTC +04:00)
2024-cü ildə doğulan qız və oğlan uşaqları arasındakı fərq azalıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ildə 102310 nəfər doğulan körpələrin 54221-i oğlan, 48089-u isə qız uşaqlarıdır.

Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatında öz əksini tapıb.

Bildirilib ki, doğulan qız uşaqları ilə oğlan uşaqları arasındakı fərq 6132 nəfərdir. Doğulanda cins nisbəti hər 100 qıza 113 oğlan təşkil edib.

2023-cü il üzrə 112620 nəfər doğulan körpələrin 59814-ü oğlan, 52806-sı isə qız uşaqlarıdır. Doğulan qız uşaqları ilə oğlan uşaqları arasındakı fərq 7008 nəfər olub. Doğulanda cins nisbəti hər 100 qıza 113 oğlan təşkil edib.

2023-cü illə müqayisədə 2024-cü ildə doğulan qız uşaqları ilə oğlan uşaqları arasındakı fərq azalıb, 7008-dən 6132-ə düşüb.

Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2024-cü ildə ölkə üzrə 78245 abort qeydə alınıb. 15-49 yaşlı hər 1000 qadına düşən abortların sayı 29,4 olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti