...

Bu gün Sabirabadın yeddi kəndində qaz olmayacaq

Cəmiyyət Materials 21 May 2025 08:14 (UTC +04:00)
Bu gün Sabirabadın yeddi kəndində qaz olmayacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Bu gün Sabirabad rayonunun yeddi kəndində qaz təchizatı dayandırılacaq.

Trend xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, "Azadakənd" qazpaylayıcı stansiyasından (QPS) qidalanan Sabirabad rayon kəndlərini təbii qazla təmin edən PE 250, 200, 160, 110 mm-lik yeraltı qaz kəmərlərində kipliyin sınağı məqsədilə mayın 21-də saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Sabirabad rayonunun 7 kəndində qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Qeyd edilib ki, bu müddət ərzində rayonun Azadkənd, Poladtoğay, Yaxadəllək, Beşdəli, Qarağac, Dadaşbəyli, Minbaşı kəndlərində (ümumi 2 211 abonent) qaz təchizatı dayandırılacaq.

Xəbər lenti

Xəbər lenti