...

Fənn proqramlarına qadın hüquqları, gender bərabərliyi üzrə mövzuların daxil edilməsi təklif olunur

Cəmiyyət Materials 21 May 2025 11:00 (UTC +04:00)
Fənn proqramlarına qadın hüquqları, gender bərabərliyi üzrə mövzuların daxil edilməsi təklif olunur
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Təhsilin bütün pillələrində fənn proqramlarına qadın hüquqları, gender bərabərliyi üzrə mövzuların daxil edilməsi təklif olunur.

Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatında öz əksini tapıb.

Məlumatda həmçinin aşağıdakı təkliflər də öz əksini tapıb:

  • Təhsilin bütün pillələrinə aid tədris resursları üzrə gender ekspertizasının keçirilməsi;
  • Təhsil müəssisələrində direktorların işə qəbulu zamanı müsahibə komissiyalarında gender bərabərliyinin təmin olunması;
  • Özəl elm və təhsil müəssisələrinin lisenziyalaşdırılması və akkreditasiyası zamanı gender bərabərliyi prinsipinə əməl olunması;
  • Təhsil müəssisələrində, xüsusilə ümumtəhsil məktəblərində kişi müəllimlərin sayının az olduğunu nəzərə alaraq təhsil sahəsinə kişilərin cəlb edilməsini stimullaşdıran tədbirlərin müəyyən olunması;
  • Ali təhsil müəssisələrində liderlik, idarəetmə, qərarvermə, sağlam, yaradıcı, sərbəst düşünmə, düşüncələri ifadəetmə bacarıqlarının inkişafı üzrə fənlərin tədris olunması;
  • Təhsildən yayınma hallarının qarşısının alınması, xüsusilə qız uşaqlarının təhsildən yayınması ilə bağlı monitorinqlərin gücləndirilməsi.
Məqalədə:
Xəbər lenti

Xəbər lenti