...

Bakı 2026-cı ildə İƏT-ə üzv dövlətlərin anti-korrupsiya qurumlarının görüşünə ev sahibliyi edəcək

Cəmiyyət Materials 22 May 2025 17:29 (UTC +04:00)
Bakı 2026-cı ildə İƏT-ə üzv dövlətlərin anti-korrupsiya qurumlarının görüşünə ev sahibliyi edəcək
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

2025-ci il mayın 22-də, Bakı şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi (GlobE Network) çərçivəsindəki Altıncı Plenar İclasının bağlanış mərasimi baş tutub.

Trend Baş Prokurorluğa istinadən xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikasının Baş Prokurorunun müavini Heydər Məmmədov, ölkənin korrupsiyaya qarşı mübarizə sahəsindəki səylərini və beynəlxalq əməkdaşlıqda göstərilən irəliləyişləri vurğulayıb.

Baş prokurorun müavini, Azərbaycan hökumətinin korrupsiya ilə mübarizənin qarşısında qoyduğu güclü iradəni və bu sahədəki hüquqi təşəbbüsləri qeyd edərək, ölkənin anti-korrupsiya tədbirlərinin qlobal səviyyədə dəstək tapdığını bildirib.

O, həmçinin tədbirin uğurlu təşkilində və müzakirələrin geniş spektrini əhatə etməsində göstərilən əməkdaşlıq üçün GlobE Şəbəkəsi və digər tərəfdaşlara təşəkkür edib.

Bundan əlavə, Baş prokurorun müavini qeyd edib ki, ötən ilin 26-27 noyabr tarixlərində Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirak etdiyi İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının ikinci yüksək səviyyəli görüşündə, Azərbaycan İƏT-ə üzv dövlətlərin antikorrupsiya qurum rəhbərlərinin Bürosunun sədr müavini seçilib.

Həmçinin, 2026-cı ildə keçiriləcək növbəti sessiya və yüksək səviyyəli görüşə ev sahibliyi etmə hüququ Azərbaycana həvalə olunub.

Qeyd edilib ki, Bakıda keçirilən üç gün ərzində, dünyanın 90-dan çox ölkəsindən gələn 300-dən çox nümayəndə yeni texnologiyaların hüquq mühafizə orqanlarına təsiri, ekoloji cinayətlərin qarşısının alınması və oğurlanmış aktivlərin bərpası kimi aktual mövzular üzərində müzakirələr aparıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti