Bakı. Trend:
9-cu sinif buraxılış imtahanının nəticələri bu gün yekunlaşmalıdır.
Trend xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
"9- cu siniflərin buraxılış imtahanlarının nəticələri ilə bağlı yubanma proqram yenilənməsi ilə bağlıdır, esselərin yoxlanılması ilə bağlıdır. Mən düşünürəm ki, bu proses bu gün yekunlaşmalıdır"- deyə o əlavə edib.