...

Xankəndi şəhərində ilk dəfə qəbul imtahanı keçirilir (FOTO)

Cəmiyyət Materials 25 May 2025 11:23 (UTC +04:00)
Xankəndi şəhərində ilk dəfə qəbul imtahanı keçirilir (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

İlk dəfə olaraq Xankəndi şəhərində qəbul imtahanı keçirilir.

Trend-in yerli müxbirinin əldə etdiyi məlumata görə, imtahanda 51 abituriyentin iştirakı nəzərdə tutulsa da onlardan bir nəfər iştirak etmir.

Xankəndi şəhərində keçirilən imtahan işğaldan azad edilmiş bölgələrdə təşkil edilən ilk qəbul imtahanıdır.

Qarabağ Universitetində keçirilən imtahanda Xankəndi, Xocalı, Ağdərə, Şuşa və Laçında məskunlaşmış abituriyentlər iştirak edirlər. Bununla yanaşı, Füzulidə M.Uluqbəy adına məktəbin, Cəbrayılda M.Mehdizadə adına məktəbin və Zəngilanda Ağalı kənd tam orta məktəbinin cari il məzunları da qəbul imtahanlarını Xankəndində verirlər.

Xəbər lenti

Xəbər lenti