...

İslam dini adından siyasi məqsədlər üçün istifadə edənlərlə mübarizə aparmalıyıq - Allahşükür Paşazadə

Cəmiyyət Materials 26 May 2025 10:18 (UTC +04:00)
İslam dini adından siyasi məqsədlər üçün istifadə edənlərlə mübarizə aparmalıyıq - Allahşükür Paşazadə
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İslam dini adından siyasi məqsədlər üçün istifadə edənlərə qarşı mübarizə aparmalı, fəallıq göstərməliyik.

Trend xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Bakıda “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq elmi konfransın açılış mərasimində deyib.

A.Paşazadə bildirib ki, Azərbaycanda dinə dövlət səviyyəsində xüsusi diqqət var.

“Prezident İlham Əliyev İslam dəyərlərini beynəlxalq miqyasda müdafiə edib. Azərbaycanın Ərəb Liqasına, İslam Əməkdaşlıq Təşkilatına göstərdiyi dəstək yüksək qiymətləndirilir. İslam adından siyasi məqsədlər üçün istifadə edənlərə qarşı mübarizə aparmalı, fəallıq göstərməliyik.

Fransa, İsveç, Danimarkada müsəlmanın diskriminasiyası adi hal alıb. Quranın yandırılması Qərbdə yeni dövrün reallığı kimi qiymətləndirilir", - deyə sədr qeyd edib.

Xəbər lenti

Xəbər lenti