...

Xaçmazda şəhid atasının dəfn mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 27 May 2025 18:39 (UTC +04:00)
Xaçmazda şəhid atasının dəfn mərasimi keçirilib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2016-cı ilin Aprel döyüşləri zamanı şəhid olan Elvin Mirzəyevin atası Azadxan Mirzəyev vəfat edib. Şəhid atası bu gün Xaçmaz şəhər Qaraqurdlu qəbristanlığında dəfn edilib.

Trend xəbər verir ki, dəfn mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Elnur Rzayev şəhid atasının vəfatından kədərləndiyini bildirib, ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Mərasimdə şəhid atası Aazadxan Mirzəyevin və bütün şəhidlərimizin ruhuna dualar oxunub.

Allah rəhmət eləsin !!!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti