...

Bakı və Sumqayıtda oğurluq edənlər saxlanılıb

Cəmiyyət Materials 29 May 2025 10:37 (UTC +04:00)
Bakı və Sumqayıtda oğurluq edənlər saxlanılıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Bakının Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi ərazisində 200 manat dəyərində velosiped, həmçinin, iki market və bir sexdən oğurluqlar edilib.

Trend Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətmiş 26 yaşlı M.Tarverdiyev, 41 yaşlı T.Quliyev, 36 yaşlı R.Əliyev və E.Bayramov saxlanılıblar.

Bundan başqa, Səbail rayonunda bir nəfərə məxsus içərisində mobil telefon və bank kartları olan çantanı oğurlayan 46 yaşlı A.Əhmədov, Sumqayıt şəhərində isə marketlərin birində 415 manat talayan, əvvəllər məhkum olunmuş 54 yaşlı M.Hüseynxanov da saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti