...

Müavinət və təqaüdlər 2 dəfəyədək artırılıb - Anar Əliyev

Cəmiyyət Materials 29 May 2025 11:00 (UTC +04:00)
Müavinət və təqaüdlər 2 dəfəyədək artırılıb - Anar Əliyev
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Müavinət və təqaüdlər iki dəfəyədək artırılıb.

Trend xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bu gün Bakıda keçirilən "Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması" adlı beynəlxalq konfransda çıxış edərkən deyib.

O bildirib ki, bu tədbir dövlətlərarası münasibətlərin dərinləşməsi baxımdan böyük əhəmiyyət kəsb edir.

"Son illər ərzində ölkədə beş hüquqi islahat paketi həyata keçirilib. Cari ildə icrasına başlamış sosial paket 3 milyon nəfəri əhatə edib.

Eyni zamanda, müavinət və təqaüdlər iki dəfəyədək artırılıb.

Həmçinin, keçmiş məcburi köçkünlərin işlə təmini üçün işlər həyata keçirilib. Minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya 2,9 dəfə, orta aylıq pensiya 2,6 dəfə, orta aylıq əməkhaqqı isə 2 dəfəyədək artıb", - nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti