...

"Erciyes - 2025” təlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib (FOTO)

Cəmiyyət Materials 29 May 2025 14:28 (UTC +04:00)
"Erciyes - 2025” təlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Respublikasının Kayseri şəhərində "Erciyes - 2025" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu, Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) komandanı general-mayor Kənan Seyidov, eləcə də Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı hərbi attaşelik aparatının və digər iştirakçı dövlətlərin hərbi nümayəndələri iştirak ediblər.

Əvvəlcə təlimin ümumi gedişatı, qarşıda duran tapşırıqların məqsədi və yerinə yetirilmə ardıcıllığı barədə qonaqlara məlumat verilib.

Təlim poliqonunda "Erciyes - 2025"ə cəlb edilən iştirakçılar tərəfindən müxtəlif epizodlar praktiki icra olunub.

Təlimdə ölkəmizi təmsil edən ƏÜO-nun hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdiriblər.

Sonda qonaqlara Türkiyə Respublikasında istehsal olunan silah-sursat, təchizat və müxtəlif PUA-lar təqdim edilib, onların taktiki-texniki xüsusiyyətləri və imkanları ilə bağlı ətraflı məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti